Xəbər lenti

Eks-prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi dəyişdi
Ölkə13:30 30.12.2013

Eks-prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı ilə  bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2012-ci il 13 avqust tarixli 181 nömrəli qərarına dəyişiklik edib.
 
APA-nın məlumatına görə, indiyə qədər “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin, keçmiş prezidentin ailə üzvlərinə isə aylıq müavinətin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilib.
 
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Qaynar.info