Xəbər lenti

Eks-prezidentlərin və ailə üzvlərinin təminat xərcləri artırılır
Ölkə08:13 26.10.2017

Eks-prezidentlərin və ailə üzvlərinin təminat xərcləri artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Növbəti il dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərclərinin artırılacağı gözlənilir.
"Qaynarinfo" "Report”a istinadən xəbər verir ki, bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.
Gələn il üçün nəzərdə tutulan vəsait 304 min 891 manatdır. Bu, 2017-ci ildəkindən 1873 manat çoxdur.
Qeyd edək ki, bu il üçün qeyd olunan sahəyə 303 min 18 manat vəsait ayrılıb.
Qaynarinfo.Az