Xəbər lenti

Ekspert 2020-ci ilin büdcəsi ilə bağlı ilginc məqamları açıqladı
Ekonomiks 11:05 29.01.2021

Ekspert 2020-ci ilin büdcəsi ilə bağlı ilginc məqamları açıqladı

İqtisadçı ekspert Rövşən Ağayev 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı 3 maraqlı məqamı açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, ekspert ötən ilin baş maliyyə planının icrasında proqnozlardan kənarlaşmalar olduğunu bildirib: 
 
 

"- Ştatda olan işçilərin əmək haqqı xərcləri proqnozdan 158 milyon manat az xərclənib - proqnozdan kənarlaşma təxminən -6%

- Büdcəyə proqnozlaşdırılanla müqayisədə: 84 milyon manat çox mənfəət vergisi, 153.5 milyon manat çox ƏDV toplamaq mümkün olub. 

Proqnozdan artıq yığılan ƏDV-nin 67 milyonu gömrük, 86.5 milyonu isə vergiçilərin hesabına mümkün olub. Amma 2019-a nisbətən azalma olub - mənfəət vergisində daxil olma 197 milyon manat, ƏDV-dən daxilolma isə 96 milyon manat azdır.

- 2019-a nisbətən vergidə artım yalnız maaşlardan tutulan vergilərdə olub - təxminən 200 milyon manat. İqtisadiyyat naziri deyəndə ki, tarixdə ən yüksək məbləğdə (5.6 milyard manat) vergi toplanıb, düz deyirdi. 2019-la müqayisədə vergilər 160 mln. manat artıb. Həmin artım məhz fiziki şəxslərin gəlir vergisi hesabına olub. 

Bu hissədə analizin aciz qaldığı bir məqam var: qeyri-neft özəl sektoru faktiki olaraq əmək haqqı vergisindən azaddır (8000 manata qədər vergi ödənmir). Maaş vergisini yalnız neft sektoru və dövlət müəssisələri ödəyir. Dövlət sektorunda da əsas yük büdcə təşkilatlarının üzərindədir. Çünki bilinən məlumatdır ki, dövlət sektorunda məşğulluğun ən azı 80%-ni büdcə işçiləri təmin edir.
 
İndi burda başqa maraqlı bir fakta diqqət edin: 2019-da büdcə üzrə əmək haqqı xərcləri 4.1 mlrd. manat olduğu halda, 2020-ci ildə bu maddə üzrə təxminən 1.1 mlrd. manat azalma var. 

Hər halda bu qədər vergi güzəştinin olduğu, büdcədə maaş xərclərinin 1.1 milyard ixtisar olunduğu halda, əmək haqqından gəlir vergisinin 200 milyon manat artımı son dərəcə diqqətçəkici bir faktdır...”

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->