"Ümumilikdə hər il ali təhsil müəssisələrinə 58-60 min tələbə qəbul olunursa, bir o qədər də məzun buraxılır. Bu o demək deyil ki, məktəbi bitirən məzunların hər biri işlə təmin olunur, xeyr".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev ali təhsil müəssisələrini bitirən məzunların işlə təminatından danışarkən deyib.
Ekspert ali təhsil müəssisələrini bitirən məzunların əksəriyyətinin işlə təmin oluna bilmədiyini qeyd edib:
"Yalnız xüsusi təyinatlı ali təhsil müəssisələrinin məzunları, demək olar ki, işlə təmin olunurlar. Mülki təyinatlı ali təhsil müəssisələrinin məzunları isə özlərini peşəkar, ixtisaslı kadr kimi formalaşdırıblarsa, onlar daha asanlıqla iş əldə etmək, əmək karyerasına başlamaq imkanı əldə edirlər".

Ekspert hesab edir ki, ali təhsil müəssisələrinə qəbul olmazdan əvvəl əmək bazarı araşdırılmalıdır:
“Bundan əlavə, mütəxəssis fikirləri alınmalıdır. Hansı ixtisasda təhsil alarlarsa, 4 il sonra məktəbi bitirəndə əmək bazarında daha asan iş tapa bilsinlər. Pedaqoji ixtisasları bitirənlər müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müsabiqədə uğur qazana bilərlərsə, iş təminatını özləri həll edə bilərlər”.
Bahar Rüstəmli
Şərhlər