Xəbər lenti

Ekspert sosial şəbəkədə yayılan videodan danışdı: "Bu, biabırçı görüntüdür"
Ölkə08:23 12.09.2022

Ekspert sosial şəbəkədə yayılan videodan danışdı: "Bu, biabırçı görüntüdür"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu, çox biabırçı görüntüdür. Məktəbli formasının satışını bu şəkildə deyil, bir neçə məntəqədə həyata keçirmək lazım idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi Bakı Tikiş Evinin qarşısında məktəbli formasının satışı ilə bağlı yaranmış acınacaqlı vəziyyəti əks etdirən vodeodan danışarkən deyib. Ekspert bildirib ki, məktəbli formasının alınması vacib deyil:

"Kim istər alar, kim istəməz, yox. Məktəbli forması eyni qiymətə satılmalıdır ki, hər bir vətəndaşın onu almaq imkanı olsun. Pandemiya bitməyib, karantin dövrünün də vaxtı uzadılıb, virusa yoluxanların sayı da gündən-günə artmaqdadır. Bütün bu amillərdən sonra məktəbli formasını bu şəkildə satışa çıxartmaq doğru deyil”.

Elçin Əfəndi məktəbli formanın satışını təşkil edənləri düşünməyə səsləyib:

"Bu gün valideyn övladına məktəbli forması almaq üçün evdən çıxanda belə mənzərə ilə qarşılaşmalı deyil. Valideyn övladına rahat şəkildə paltar almalıdır”.

Bahar Rüstəmli