Xəbər lenti

Elbrus Ərud: "Biz Bəxtiyar Sadıqovun “vurulması” ilə məşğul deyilik"(MÜNASİBƏT)
Ölkə09:15 05.03.2013

Elbrus Ərud: "Biz Bəxtiyar Sadıqovun “vurulması” ilə məşğul deyilik"(MÜNASİBƏT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu video ilə bağlı ilk xəbəri biz yaymamışıq. Bunu Azərbaycandakı bütün media orqanları, eləcə də biz yaymışıq. Elşad Abdullayevin də bizə eksklüziv heç bir məlumatı daxil olmayıb. Yəni biz həmin materialları istinadla yaymışıq”.

Bunu Qaynar.info-ya “Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud millət vəkili Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzetində dərc etdiyi məqalədə jurnalistlər barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

E.Ərud bildirib ki, Bəxtiyar Sadıqovun haqqında yazılanlara öz səviyyəsinə uyğun reaksiya verdiyi birinci dəfə deyil: “Onun dediyi söyüşlər bizə aid deyil. Bəxtiyar Sadıqov hansısa jurnalistə kişi olub-olmadığını deməkdənsə, yaxşı olar ki, bu məsələdə adının hallanmasına aydınlıq gətirsin, videosu yayılan şəxslərin niyə istefaya getmədiklərinindən danışsın. Onun dedikləri “Qafqazinfo”-ya aid deyil. Çünki “Qafqazinfo” Azərbaycanda tanınmış saytlardan biridir. Sayt müstəqil şəkildə fəaliyyət göstərir. Biz Bəxtiyar Sadıqovun da “vurulması” ilə məşğul deyilik. Yaxşı olardı ki, Bəxtiyar Sadıqov gözləsin, görək belə bir video var, ya yox. Ümumiyyətlə, onun özü haqqında yayılan xəbərə bu cür reaksiya verməsi gülüş doğurur və gülüncdür”.

Qeyd edək ki, Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzetində Elşad Abdullayev haqqında dərc etdiyi yazıda bəzi saytların, qəzetlərin Elşad Abdullayevin videoqalmaqalında maraqlı olduqlarını iddia edib: “Aqressiv müxalifət mətbuatının, habelə antiazərbaycançı şəbəkəyə xidmət edən internet saytlarının xeyli müddətdir özlərinə "maraqlı mövzu" kimi seçdikləri bu məsələdən nisbətən ətraflı söhbət açmağım səbəbsiz deyil! Fevralın 2-də əvvəlcə "Moderator.az", ondan sonra "Qafqazinfo", daha sonra isə dağıdıcı müxalifətə xidmət edən qəzetlər "Elşad Abdullayevdə Bəxtiyar Sadıqov barədə 40 dəqiqəlik video var" anonsunu verdi.

Millət vəkili əlavə edib ki, "Elşad Abdullayevdə sənin barəndə video var!" fikirləri "Reket qəzet" və "reket sayt"ların yeni şantaj üsuludur!: “Əsl jurnalistlərin başqalarından bir fərqi ondadır ki, jurnalist düşündüyünü və dediyini ictimailəşdirir. Bəziləri kimi daldada duraraq barmaq tuşlamır, yaxud kiminsə pul kisəsinin arxasında gizlənmir!

Düşündüyümü ucadan deyəcəm: bu xəbərin anonsunu verən saytlar və qəzetlər həmin videonu göstərib stenoqramını dərc etməsələr, heç kişi deyillər! Hər kəs dediyinin və yazdığının məsuliyyətini daşımalıdır!”.

Qaynar.info