Xəbər lenti

Elçibəyin hərbi müşaviri olmuş türk general vəfat etdi
Ölkə08:10 24.08.2014

Elçibəyin hərbi müşaviri olmuş türk general vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1992-93-cü illərdə Əbülfəz Elçibəyin hərbi məsələlər üzrə müşaviri vəzifəsini tutmuş, istefada olan general-leytenant Yaşar Dəmirbulaq İstanbulda  vəfat edib.
APA-nın məlumatına görə, general Dəmirbulaq ürək-damar çatışmazlığından əziyyət çəkib.
Qeyd edək ki, 1933-cü ildə  anadan olmuş Yaşar Dəmirbulaqın ata-babası İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən Qarsa köçüb. Türk ordusunda 35 il xidmət edən Y. Dəmirbulaq, Hərbi Hava  Qüvvələri Kəşfiyyat İdarəsinin rəisi, Türkiyənin Vaşinqtondakı hərbi attaşesi vəzifələrini tutub. O, 1988-ci ildə təqaüdə çıxıb.
1992-ci ilin iyununda prezident Əbülfəz Elçibəyin dəvəti ilə Azərbaycana gəlib və  bir  il onun hərbi məsələlər üzrə müşaviri olub.
Qaynar.info