Xəbər lenti

Elçibəyin həyat yoldaşı prokurorluqda dindirildi
Ölkə13:45 08.01.2013

Elçibəyin həyat yoldaşı prokurorluqda dindirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Cinayət işi açılıb, istintaq gedir və biz bunu dayandıra bilmərik”

Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı onun zəhərlənməsi iddiası üzrə Bakı şəhər Prokurorluğunda açılan cinayət işi ilə əlaqədar ikinci dəfə ifadə verib.

Bu barədə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat verilib. İşi aparan müstəntiqin H.Əliyevaya eks-prezidentlə bağlı bir sıra məqamlar üzrə suallar ünvanladığı bildirilir.

“Əbülfəz Elçibəyin ailəsi Respublika Prokurorluğuna məktubla müraciət edərək  cinayət işinə xitam verilməsini xahiş etsə də, müsbət cavab almayıb. Ailəyə deyilib ki, cinayət işi açılıb, istintaq gedir və biz bunu dayandıra bilmərik”-deyə mənbənin açıqladığı məlumatda vurğulanır.

Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb.
Artıq iş üzrə istintaq tədbirlərinin yekunlaşdığına dair məlumatlar var. Bakı şəhər prokurorluğunda bu cinayət işini müstəntiq Vaqif Süleymanov aparır.

Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.

Modern.az