
Ərturqut Əliyev: "Sonrakı günlərdə Hacıbala müəllimlə əlaqə saxlaya bilmirəm, nömrələrini də tapmıram ki, özünə zəng edim”
Milli Azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev modern.az saytına açıqlamasında deyib ki, qardaşı oğlu Ərturqut Əliyevə dəfələrlə iş təklifi gəlsə də, o, bundan imtina edib. "Mən özüm də ona bir neçə dəfə demişəm ki, dövlət orqanlarında işə düzəldə bilərəm. Hətta Ərturquta Prezident Administrasiyasında işləmək üçün imkanlar da yaranıb” - deyə A.Əliyev bildirib.
Bakı Kooperasiya Universitetini bitirən, Daxili Qoşunlarda hərbi xidmətini başa vuran Ə.Əliyev sonrakı müddətdə MHP lideri Dövlət Baxçalının dəstəyi ilə Türkiyədə təhsilini davam etdirsə də, hazırda işsizdir. Son gəlişmələr, dəvətlə bağlı deyilənlər və digər mövzularla bağlı Ərturqut Əliyevlə danışdıq. O, Prezident Administrasiyadan dəvət alması xəbərini təəccüblə qarşıladı:
- Açığı, belə bir şey olmayıb. Bu məlumat hardan ortaya çıxıb, bu, hələ mənə çatmır.
- Əminiz Almurad bəyin açıqlamasını yəqin oxumusunuz…
- Hə, oxudum. Amma elə bu mənə çatmadı ki, indiyə qədər mənə heç bir idarədən təklif gəlməyib ki, gəl, filan yerdə işlə. Belə söhbət olmayıb. Danışmağa qalsa, əmim də gedib deyəcək ki, filankəsin qohumuyam, Elçibəyin qardaşıyam, uşağa iş verin. Bunu özüm də eləyə bilərəm. Ancaq demişəm ki, belə iş mənə lazım deyil.
- Ancaq vaxtaşırı dövlət qulluğuna qəbulla bağlı elanlar verilir. Niyə həmin imtahan-müsabiqələrdə iştirak etmək istəmədiniz?
- Bilirsiniz necədir? Gedib işə girmək olar. Sadəcə qorxduğum bir şey var ki, mənə görə kimisə işdən çıxarmasınlar.
- Bir neçə il bundan əvvəl belə şey olmuşdu. Bir tanışdan soruşdum ki, bir iş var, nə məsləhət görürsən. Dedi, sən o işə getsən, idarənin rəisi işdən çıxacaq, ona görə də məsləhət deyil. Çünki idarə rəsilərinin çoxu Elçibəyin oğlunu işə götürməyə qorxur.
- Sınayacağam. Görək bundan sonra nə olacaq.
- Mənim ixtisasım beynəlxalq iqtisadi münasibətlərdir. Elə bu sahədə çalışmaq istərdim.
- Yox, iş olsun. Mənimçün fərqi yoxdur.
- Bir ara Türkiyədə çalışmaq niyyətiniz var idi. Bəlkə burda işləmək istəməməyiniz həm də Türkiyəyə getmək niyyətindən irəli gəlir...
- Açığı, mən Türkiyədə qalmaq istəmədim, ona görə də buradayam. Əks təqdirdə Türkiyəyə gedə bilərdim.- Əslində bir neçə ay bundan əvvəl bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə ərizə də yazmışdıq. Həmin materialları toplamaq üçün yer istəmişdik. Lakin ötən aylarda ərizədən xəbər çıxmadı, gözləyirik.
- Dedi, məsələ ilə bağlı sizə xəbər edəcəyik. Amma üstündən keçən aylarda bir soraq çıxmadı.
- Muzeylə bağlı. Daha doğrusu, biz dedik ki, materiallar xarab olmasın, məhv olmasın deyə, bir yer verin ki, onları bir yerə yığaq, saxlayaq. O isə dedi ki, ev muzeyinin yaradılması onun səlahiyyətində olan məsələ deyil. Dedik, onda ailəyə ev verilsin, biz o əşyaları toplayıb saxlayaq. O da dedi ki, bu, sizin haqqınızdır, niyə də müraciət etməyəsiniz. Ancaq qeyd etdi ki, daha yaxşı olar ki, ailəyə mənzil verilməsi ilə bağlı prezidentə müraciət edəsiniz. Hacıbala müəllim bildirdi ki, bu, sizin haqqınızı almağınız üçün sadə bir prosedurdur. Biz də dedik ki, heç problem yoxdur, müracuiət edərik. Müraciət etdik, lakin hələ həmin müraciətə cavab verilməyib. Sonrakı günlərdə Hacıbala müəllimlə əlaqə saxlaya bilmirəm, nömrələrini də tapmıram ki, özünə zəng edim.
- Çox yaxşı danışdı. Siyasətdən, atamın hakimiyyətə gəlməsindən, getməsindən danışdı. Hər halda müsbət fikirlərini bölüşdü.
- Özünün əlyazmaları, videokassetləri, çıxışları, görüşləri, şəkilləri, Ankarada xəstə olduğu müddətdə yığılıb qalan əşyaları, BAB-dan qalan materialları var. Bizim evdə bəzi yerdə nəmlik var, həmin materiallar da nəm çəkir. Hələ bunlar bizim evdə olanlardır. Xeyli materiallar dağınıq haldadır ki, kimdə olduğunu bilmirik. İstəyirdik ki, quru bir yer verilsin, o materiallar nəm çəkməsin, amma bir şey çıxmadı.
- Belə getsə, prezidentə müraciət etməli olacağıq.
- Yox, heç bir işim yoxdur.
- Ancaq özümün dost çevrəm var. Siyasətdən kənar olan dostlardır.
- Bir xahişm var. Xahiş edirəm ki, bundan sonra heç bir jurnalist başqa kiməsə kitab edib heç nə yazmasın. Kim nəsə soruşmaq istəyirsə, məndən soruşsun.
Qaynar.info