Xəbər lenti

Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi
Ölkə 14:28 27.03.2024

Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi

Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı dövlət başçısı İlham Əliyev Sərəncam imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram: Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->