Xəbər lenti

Elçin Behbudov da qəzet açır
Ölkə07:23 21.07.2014

Elçin Behbudov da qəzet açır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi qəzet nəşr edəcək. 

Qaynar.info xəbər verir ki, Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, iyul ayının 23-də qəzetin ilk nömrəsi nəşr olunacaq: ““Qanunun səsi” adlı qəzet nəşr etməyi qərara almışıq. Qəzet ayda iki dəfə çıxacaq.

Qəzetdə komitəyə edilən şikayət və müraciətlər, keçirdiyimiz monitorinqlərlə bağlı məqalələr dərc olunacaq. Qəzetin həmtəsisçiləri Qəribağa Novruzov və Nizami İbrahimovdur. Nizami İbrahimov həm də qəzetin baş redaktoru olacaq”.

Qaynar.info