Xəbər lenti

Elçin Əmiraslanov və Saleh Rüstəmli azadlığa çıxa bilər - Hüquq müdafiəçisi
Ölkə 11:22 25.05.2022

Elçin Əmiraslanov və Saleh Rüstəmli azadlığa çıxa bilər - Hüquq müdafiəçisi

28 May Müstəqillik günü ilə bağlı imzalanacaq əfv fərmanı Saleh Rüstəmova da şamil oluna bilər.

Bu barədə Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bundan əlavə, ömürlük azadlıqdan məhrum olunan Elçin Əmiraslanov da azadlığa çıxa bilər:

"Biz bunların hər birinin adını aidiyyatı qurumlara təqdim etmişik. Həmişə ümidliyik. Amma əfs fərmanı Prezidentin səlahiyyətində olan məsələdir”.

Qeyd edək ki, sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov 1996-cı ildən həbsdədir və 1997-ci ildə barəsində ölüm hökmü çıxarılıb, lakin sonradan bu hökm ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənib. O, 1995-ci ilin martında baş vermiş "OMON hadisələri”nə görə həbs edilib, dövlət çevrilişinə cəhddə və digər ağır, xüsusilə ağır cinayətlərdə təqsirləndirilib.

Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə saxlanılıb və 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->