Xəbər lenti

Elçin Şıxlı jurnalistikadan gedir
Ölkə12:48 26.08.2014

Elçin Şıxlı jurnalistikadan gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ayna”-"Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətinin birdəfəlik dayandırılması barədə qərar verib.

Qaynar.info xəbər verir ki, bu barədə Aktual.az-a Elçin Şıxlı məlumat verib. 

O deyib ki, rəhbərlik etdiyi "Ayna”-"Zerkalo” qəzetlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırsa da, qəzetlərin yenidən çapı üçün hər hansı bir yenilik olmadığına görə bu qərarı qəbul etmək məcburiyyətində qalıb:

 "Yaxın günlərdə qəzetləri  birdəfəlik bağlamaq haqda elan verəcəm. Hətta vəziyyət o yerə gəlib çatıb ki, jurnalistikadan birdəfəlik getmək haqda da düşünürəm. Çünki normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qoy havalar bir az sərinləşsin, beynimiz bir az rahatlaşsın, görək başımıza nə iş gəlir".

Qaynar.info