Xəbər lenti

Eldar Əzizov: "Çimərliklər açılacaq, ancaq..."
Ölkə13:23 18.05.2020

Eldar Əzizov: "Çimərliklər açılacaq, ancaq..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər sakinlər özünütəcrid qaydalarına riayət etməsələr, maska taxmasalar, biz ikinci dalğadan özümü sığortalaya bilməyəcəyik".
Qaynarinfo xəbər verir ki, bunu Operativ Qərargahın mətbuat konfransında çıxışı zamanı Bankı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 
O bildirib ki, bu gündən istirahət mərkəzləri açılır, yaxın vaxtda çimərliklər də açılacaq, amma bu o demək deyil ki, ehtiyatı əldən verməliyik.
"Əsas çıxış yolu özünü təcrid etməkdədir. Biz maarifləndirmə işini gücləndiririk. Dezinfeksiya işləri, digər tərdbirlər köməkçi xarakter daşıyır. Verilən qaydalara riayət etmək vacib məsələdir. Əks halda biz yay aylarında, payızda koronavirusun ikinci dalğası ilə də üz-üzə qala bilərik. Hesab edirəm ki, istirahət vaxtında da sosial sosial məsafəni qorumalıyıq və maskalardan istifadə etməliyik"