Xəbər lenti

Eldar Əzizov şöbə müdirini işdən çıxardı
Ölkə14:50 24.01.2019

Eldar Əzizov şöbə müdirini işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.
Qaynarinfo report-a istinadən xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə yeni vəzifəyə təyinat almayıb.