Xəbər lenti

Eldar Mahmudovun “brilyant ovçuları”nın gizlinləri - Cinayət dosyesi
Ölkə05:30 27.03.2017

Eldar Mahmudovun “brilyant ovçuları”nın gizlinləri - Cinayət dosyesi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əsasən keçmiş “OBXSS” işçilərindən ibarət MTN-çilər ölkəyəbahalı daş-qaş gətirənləri tələyə salmaq üçün agentura şəbəkəsindən vəxüsusi dinləmə qurğularından istifadə ediblər...

Sabiq millitəhlükəsizlik naziri Eldar Mahmudovun qiymətli daş-qaşlara, brilyantaxüsusi sevgisi olub. Sabiq nazirin sevgisi ilə tamahı ölkəyə qiymətdəağır, çəkidə yüngül mallar gətirənlər üçün əməlli-başlı başağrısınaçevrilib.

Sabunçu Rayon Məhkəməsində Həbib Həsənovun sədrliyi ilə ləğvedilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadiCinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayorSübahir Qurbanov, Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyev vədigərlərinin cinayət işi üzrə keçirilən proseslərdə brilyantalverçilərinin ifadələri bu baxımdan qiymətlidir. Məlum olur ki, onlardünyanın dörd bir tərəfindən ölkəyə ən müxtəlif yollarla qiymətlidaş-qaş daşıyıb gətiriblər. Sərhədləri aşan brilyantlar Eldar Mahmudovun“brilyant ovçuları”ndan ibarət xüsusi dəstəsindən yan keçə bilməyiblər.

Məhkəmədə üzə çıxan ifadələrdən məlum olur ki, “mahmudovçular”ixtiyarlarına verilmiş, dövlətin, millətin maraqlarına xidmətlərindəyardımçı olmağa hesablanan xüsusi vasitələrdən - xüsusi nəqliyyatvasitələri, agentura şəbəkəsi və şəbəkənin saxlanılması üçün büdcədənayrılan pul vəsaitlərindən tutmuş xüsusi dinləmə qurğularına qədər -ölkəyə qaçaq və leqal yolla brilyant gətirənlərə qarşı istifadə ediblər.Azərbaycan sərhədlərini rahatca aşa bilən brilyant alverçiləri elə havalimanının qarşısındakı avtodayanacaqda qandallanıblar. Bundan sonraillərlə işlək vəziyyətdə olan ssenari işə düşüb. MTN-in girişindəkixüsusi buraxılış məntəqəsinə aparılan brilyant alverçiləri qaçaqmal yoluilə ölkəyə brilyant gətirməkdə ittiham olunublar.
Sübahir Qurbanovvə digərlərinin işi üzrə keçirilən prosesdə zərərçəkmiş kimi tanınanbrilyant alverçilərindən biri də Mübariz Paşayevdir. Bir müddət əvvəlonun istintaq zamanı verdiyi ifadələr üzə çıxmışdı. Zərərçəkən göstəribki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağabaşlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıyagətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyüticarət məntəqələrində satışını həyata keçirib. Bildirib ki, 2010-cuilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə iləDubaya gedib oradan 580 min ABŞ dolları dəyərində brilyant daş-qaşlaralıb.

“Həmin daşlar 2 minkarat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Buişlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibarqazanmışdım. Bu səbəbdən də 580 min ABŞ dolları dəyərində brilyantdaş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissəödəyim. Dubayda olan zaman orada zərgərlik fəaliyyəti ilə məşğul olanAraz adlı şəxslə görüşərək, 580 min ABŞ dolları dəyərində brilyantınrüsumunu ödəməyə gücüm çatmadığını bildirdim. Araz təklif etdi ki,brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıyaçatdıracaq.

Dubaydan aldığım brilyant daş-qaşın 300 min ABŞ dollarıdəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim.Təxminən 20 gün keçəndən sonra axşam 23 radələrində özünü MTN əməkdaşıFizuli Əliyev kimi təqdim edən şəxs mənə zəng edərək şam yeməyi yeməkadı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim.Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Beləki, tam əminliklə mənə ”biz trasda səni gözləyirik" dedi. ƏvvəllərFizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində “zərgərlərinqan içəni” kimi eşitmişdim.

Zəngdən sonra qaynım Ramin Nəzərov ilə birlikdə yola çıxdım. Yoldaevimin qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomaşınındayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfərtanımadığı şəxsi gördüm. Sükan arxasında oturan özünü MTN əməkdaşıFizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdəgetməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyətgöstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdəbrilyant gətirəndə metronun “Koroğlu” stansiyasının qarşısındatutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi.MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar.

Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinəqaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm.Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyimbrilyantları o, Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindənsaxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli,Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda mənihəbslə hədələyirdilər, lakin məni döymədilər.

Image

Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə mənikomendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecəhəyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağaşərait də olmadı. Ertəsi gün saat 9-10 radələrində Fizuli mənimlətəklikdə olan zaman sərbəst buraxılmağım üçün 1 milyon manat pul vəDubaydan gətirdiyim 580 min ABŞ dollar dəyərində olan brilyant daşlarınıverməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və mallarınmüsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığınısöylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıbrəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidənqayıtdı.

Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantlarıverməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonraDubaydan gətirilən 280 min ABŞ dolları dəyərində brilyantın müsadirəolunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300 min ABŞ dollarıdəyərində brilyantları da onlara verəcəyim təqdirdə buraxılacağım barədərazılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı iləüzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həminticarət obyektinin seyfində saxlanılan 300 min ABŞ dolları dəyərindəolan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həminvaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdəngötürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər" deyə, zərərçəkənistintaqa verdiyi ifadəsində qeyd edib.

Image

“Mahmudovçu”ların işi üzrə oxşar ifadələr az deyil. Belə aydınolur ki, ölkəyə qaçaq yolla brilyant gətirənlər daim və xüsusi nəzarətaltında olublar. Sadəcə, onlara imkan verilib ki, ölkəyə brilyantgətirsinlər və çoxlu pul qazansınlar. Sonradan isə bir əməliyyatlaonları saxlayıb brilyantlarını da, pullarını da əllərindən alıblar.Diqqət çəkən digər məqam isə “brilyant ovçuları”ndan ibarət “mahmudovçu”qrup üzvlərinin rəhbərliyinin sabiq “OBXSS”-çilərdən ibarət olmasıdır.Bu da ondan irəli gəlir ki, sabiq nazirin özü də sovetlər dönəmindəOBXSS-in rəisi olub. Köhnə işçilərini sonradan MTN-ə transfer etməkləonlar üzərində brilyant sevgisini qarşılayıb.

Bu sevginin qurbanları sırasında xeyli brilyant qaçaqçıları var.Onların bir çoxları bu gün də üzə çıxmaqdan çəkinirlər. Bilirlər ki,əməlləri qanuna uyğun deyil. Üstəlik aralarında döyülənləri, təhqirolunanları olub. Bir çoxları ölkəyə gətirdikləri brilyantlarlavidalaşaraq oranı tərk edə biliblər. Bəzilərinin isə vəziyyəti lap pisolub - bir neçə yüz min manat, hətta milyon manatla ölçülən qiymətli daşqaşları ilə bərabər bir neçə yüz min xərac verməklə canını“mahmudovçular”dan qurtara biliblər. Bununla belə elələri də olub ki,aylıq xərac qarşılığında illərlə ölkəyə qaçaq yolla brilyant gətirməkdədavam ediblər. Brilyant alveri Eldar Mahmudovun şifahi göstərişi ilə tamolaraq nəzarətə götürülüb. Brilyant alverçiləri bu gün də SübahirQurbanovun işçisi, polkovnik Füzuli Əliyevin adı gələndə özlərini yaxşıhiss etmirlər. Onun rəhbərliyi ilə illərlə xüsusi brilyant ovçularıfəaliyyətdə olub. Ölkəyə daş-qaş, qızıl və digər zinət məmulatlarınıgətirənlər MTN-ə aparılıb, aylıq haqq verməyə məcbur ediliblər. Xüsusiləbrilyant qaçaqmalçıları daim nişangahda saxlanılıb. “Ovlanmış” brilyantqaçaqçılarından bəziləri Eldar Mahmudova brilyant daşımağa məcburediliblər.

Image

Füzuli Əliyevin bu cür fəaliyyəti nazir Eldar Mahmudovtərəfindən bəyənilib. Onun vəzifəsi tez bir zamanda yüksəldilib.Brilyant qaçaqçılarını inhisarda saxlayan qrupa rəhbərlik edən FüzuliƏliyev qısa müddət ərzində IV Baş İdarədə məsul vəzifələrə təyin olunub.Eldar Mahmudov onu 2011-ci ildə 2-ci idarənin rəis müavini, 2012-ciildə 1-ci idarənin rəisi, 2015-ci ildə Baş İdarənin rəis müavinivəzifəsinə qədər irəli çəkdirib. 2013-cü ildən başlayaraq həmin qrupbrilyant qaçaqçıları ilə yanaşı qara pulların leqallaşdırılması iləməşğul olan, büdcə pullarının nağdlaşdırılması və sonradanmənimsənilməsini gerçəkləşdirən ayrı-ayrı şəxslərə də qarmaq atmağabaşlayıb. Eldar Mahmudovun brilyant sevgisi, pul hərisliyi onunyaratdığı qrupun fəaliyyəti ilə təmin olunub.

Qeyd edək ki, hazırda məhkəmə qarşısına çıxarılan SübahirQurbanov və digərlərinə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuzazadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və yadigər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluqmütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə),179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstətərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluqmütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilətörədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə küllimiqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (qanunsuzolaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldəetmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiyaalınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməkləəməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1,311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrupşəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla küllimiqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1,320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdənistifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindənsilah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyəthəddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəbolduqda) maddələri ilə ittihamlar irəli sürülüb.

Qaynar.Az
Mənbə: Musavat.com