Xəbər lenti

Eldar Namazovun istintaq idarəsinə çağırılmasına dair AÇIQLAMA
Ölkə10:35 29.08.2013

Eldar Namazovun istintaq idarəsinə çağırılmasına dair AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq Eldar Namazovun Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayıb

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, “EL” hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə həmin idarəyə dəvət edilib.
 
Qeyd edək ki, Ə. İbrahimov kütləvi informasiya vasitələrində “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Qaynar.info