Xəbər lenti

Eldəniz Quliyev prokurorluğa getmədi
Ölkə06:34 03.09.2013

Eldəniz Quliyev prokurorluğa getmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
EL hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev Baş Prokurorluğa getməyib.

Bunu virtualaz.org-a açıqlamasında E.Quliyev özü deyib: “Bu gün səhər saat 10-da Baş Prokurorluqda olmalı idim. Amma müstəntiq Orxan Dəmirli mənə zəng vuraraq gəlməməyimi söylədi. Məzuniyyətdə olduqlarından dindirilmənin başqa bir zamana təxirə salındığını dedi. Özləri mənimlə əlaqə saxlayacaqlar”.

Qeyd edək ki, Eldəniz Quliyev EL hərəkatının sabiq sədr müavini Əflan İbrahimovun Milli Şura tərəfindən ölkədə iğtişaşların törədiləcəyi haqda səsələndirdiyi iddialarla bağlı avqustun 30-da prokurorluğa çağırılmışdı. E.Quliyev Şamaxıda olduğundan dindirilmə sentyabrın 3-ə salınmışdı.

Qaynar.info