Xəbər lenti

Elektron imza 25 manat oldu!
Ölkə05:20 08.04.2013

Elektron imza 25 manat oldu!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları NazirliyininMəlumat Hesablama Mərkəzi (MHM) əhali üçün nəzərdə tutulan rəqəmsalimzaların qiymətini 16,6 faiz aşağı salıb. MHM-dən Qaynar.info-ya verilən məlumata əsasən, üçillik müddət üçün nəzərdə tutulan 25 manathəcmində yeni tarif yalnız elektron imzaların online sifarişiüçün nəzərdə tutulub.

Dövlət orqanları arasında elektron imzalara artan maraq nəzərəalınaraq martda onun qiyməti 135 manatdan 80 manatadək aşağı salınıb.Dövlət idarələrinin əməkdaşları üçün rəqəmsal imzanın istifadə müddətiüç il təşkil edir.

Elektron rəqəmsal imzanın qiyməti istifadəçi kateqoriyasından və istifadə müddətinə görə dəyişir.

Elektron-rəqəmsal imza ilə bağlı tariflər:

İmzanın istifadə dövrü

Əhali üçün elektron-rəqəmsal imzanın qiyməti

Dövlət strukturları üçün elektron-rəqəmsal imzanın qiyməti

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron-rəqəmsal imzanın qiyməti

1 il

14 manat

80 manat

60 manat

2 il

22 manat

114 manat

3 il

30 manat ( online sifariş zamanı 25 manat)

168 manat

Qiymətlər ƏDV nəzərə alınmaqla qeyd edilib.

Rəqəmsal imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən NaxçıvanMuxtar Respublikasında əldə etmək olar. İmzanın alınması haqqındaətraflı məlumatı e-imza.az elektron ünvan vasitəsilə öyrənmək olar.

Qaynar.info