Xəbər lenti

Elektron Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara müraciət etdi
Ölkə20:30 10.10.2025

Elektron Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elektron Təhlükəsizlik Xidməti (ETX) haktivist qrupların kiberhücumları ilə bağlı internet istifadəçilərinə müraciət edib.
Qaynarinfo xəbər verir ki, müraciətdə ETX bəzi qrupların kiberməkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırıb.
Qeyd olunub ki, son günlər "Red Wolf Cyber" və "Hazi Rash" adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.
"Bu hücumların məqsədi veb-resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır", - müraciətdə qeyd edilir.