Xəbər lenti

Ələt-Astara yolu buz bağladı
Ölkə18:50 21.02.2015

Ələt-Astara yolu buz bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aramsız yağan qar Azərbaycanın cənub bölgəsində nəqliyyatın hərəkətini iflic edib.
Qaynar.info avtolent.az-a istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, Ələt-Astara yolunun Biləsuvar və Salyan rayonları ərazisindən keçən hissəsini qar və buz bağladığından 30-dan çox maşın yolda qalıb, bir neçə avtomobil isə toqquşub.
Bundan başqa Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yolun buz bağlaması nəticəsində minik maşını dərəyə yuvarlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Avtomobildə köməksiz qalan şəxslər xilas edilib.
Qaynar.info