Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qaynar.info xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 15:17-də başa çatıb.
Qaynar.info