Xəbər lenti

Ələt-Astara yolunda müəmmalı yanğın: texnika cəlb edildi
Ölkə18:03 01.09.2019

Ələt-Astara yolunda müəmmalı yanğın: texnika cəlb edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Hələlik məlum olmayan səbəbdən həmin ərazidə yanğın baş verib. Hadisə yerinə Cəlilabad YMH-nin texnika və canlı qüvvələri cəlb edilərək yanğın söndürülüb. Yanğın nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.
Faktla bağlı araşdırma aparılır.