Xəbər lenti

Ələt-Astara yolunda qəza
Ölkə05:12 13.07.2014

Ələt-Astara yolunda qəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan rayonu, Ələt-Astara yolunun 84-cü km-də “Ford” markalı mikroavtobusla “BMW” markalı minik avtomobili toqquşub. 
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, “BMW” markalı minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. 
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 07:12-də başa çatıb.
Qaynar.info