Xəbər lenti

Elgiz Əkbər: "Oğurlanan uşaq mənəvi övladımdır"
Ölkə10:25 15.08.2014

Elgiz Əkbər: "Oğurlanan uşaq mənəvi övladımdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Oğurlanan körpə mənim mənəvi övladımdı"

Bu sözləri ANS PRESS-ə açıqlamasında, tepeaparıcı Elgiz Əkbər Azərbaycanda baş vermiş səs-küylü uşaq oğurluğunun "Adam içində" verilişi ilə hallanmasına münasibət bildirərkən deyib.

"Bizim proqramın köməkliyi ilə dünyaya gələn bütün uşaqları mənəvi övladlarımız hesab edirik. Aysel Əhmədovanın oğurlanmış iki aylıq körpəsi də mənim mənəvi övladımdır."

Elgiz bəy kömək üçün onlara üz tutan Aysel Həmidovaya "Adam içində" tərəfindən hər cür yardım göstərildiyini deyir: "Biz nə lazımdırsa etdik. Hamiləliyindən savayı daha 2 uşağı vardı. Uşaqlarının atası aliment vermirdi, onu da həll etdik. Körpəsini dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirdik. Hətta xəstəxanada qaldığı müddətdə o biri uşaqlarına biz baxırdıq. İndi eşidirik ki, uşaq oğurlanıb. Bizim verilişimizə minlərlə adam gəlir. Yüzlərlə şikayətçiyə kömək etmişik. Bu insanların hər biri ilə ayrı-ayrılıqda maraqlanmağa, onların həyatlarını izləmək bizim imkanımız xaricindədir. Ümid edirik ki, körpə tezliklə tapılıb anasına qaytarılacaq. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşaq itəndən bizimlə əlaqə saxlayırlar. Onlara lazım olan bütün məlumatları vermişik. Uşağın tapılması istiqamətində bütün köməkliyimizi göstərməyə hazırıq".

Qaynar.info