Xəbər lenti

Əli Cəfərovun seçki qərargahı seçicilərlə canlı təmaslar qurmağa başladı
Ölkə17:46 07.01.2020

Əli Cəfərovun seçki qərargahı seçicilərlə canlı təmaslar qurmağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallı şəhər 70 saylı şəhər seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərovun imzatoplama kampaniyası başa çatdıqdan sonra müvafiq sənədlər imza vərəqələri ilə birgə DSK-ya təqdim edilib.
Qaynarinfo xəbər verir ki, namizədin seçki qərargahı isə seçki kampaniyasının növbəti mərhələlərinə start verib. Belə ki, qərargah üzvləri seçicilərlə canlı təmaslar qurmağa başlayıblar. 
Qərargahdan bildirdilər ki, onlar dairənin əhatə etdiyi ərazidə yaşayan hər bir seçici ilə təmas qurmaqla onların problemlərini dinləməkdə maraqlıdırlar. Bunun üçün daimi olaraq Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən qərargahla və ya  +994 50 581 10 39 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Burada onların seçkilərin demokratik keçirilməsi, eləcə də ictimai və fərdi qayğıları barədə istək və problemləri, seçkilərin şəffaflığı istiqamətində ən adi detallara qədər bütün müzakirələr, məsləhətləşmələr aparılacaq.  Millət vəkilliyinə namizəd Əli Cəfərov seçicilərin suallarını birbaşa cavablayacaq. 
Seçki qərərgahından bildirdilər ki, səsimizə səs verən seçiciləri bizimlə əməkaslığa dəvət edirik. 
Növbəti mərhələdə, qeyd etdiyimiz kimi namizəd qeydə alındıqdan sonra isə seçicilərlə kütləvi görüşlərə başlanılacaq. Görüşlərin qrafiki və yerləri barədə məlumatlarımızı izləyin.