Xəbər lenti

Əli Əhmədov MSK-ya müraciət etməlidir
Ölkə07:56 23.10.2013

Əli Əhmədov MSK-ya müraciət etməlidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir”.

Bunu APA-ya açıqlamasında Mərkəzİ Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimli söyləyib.

Mikayıl Rəhimli bildirib ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün MSK-ya müraciət etməlidir: “MSK isə bu müraciətə iki ay ərzində baxıb, millət vəkilini mandatından məhrum etməlidir”.


Qaynar.info