Xəbər lenti

Əli Əhmədov: “YAP seçkiyə görə səfərbər olunub”
Ölkə07:22 11.04.2013

Əli Əhmədov: “YAP seçkiyə görə səfərbər olunub”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qarşıdan gələn prezident seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası ölkə üzrə səfərbər edilib”.

APA-nın məlumatına görə, bu fikirləri YAP sədr müavini, deputat Əli Əhmədov partiyanın Sabunçu rayonu fəalları ilə görüşü zamanı bildirib.

O qeyd edib ki, YAP-ın prezident seçkilərində namizədi birmənalı şəkildə İlham Əliyev olacaq. O partiyanın bütün təşkilatlarının seçkilərlə bağlı hazırlığa başladığını bildirib: “Xalq İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib”.

Qaynar.info