Xəbər lenti

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Ölkə 14:55 15.06.2026

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanın Baş naziri Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabinetindən bildirilib.

Baş nazir müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyub.
--> -->