Xəbər lenti

Əli Həsənov Nicat Dağlardan danışdı
Ölkə05:39 11.07.2013

Əli Həsənov Nicat Dağlardan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Dünən cənab prezident mətbuatdan jurnalist Nicat Dağların müalicə məsələsi ilə bağlı səslənən təklifləri, fikirləri eşidən kimi dərhal tapşırıq verib”.

 APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O qeyd edib ki, bununla bağlı dünən Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib: “Düşünürük ki, bu günlərdə Nicat Dağların müalicəsi ilə bağlı bütün məsələlər cənab prezidentin təşəbbüsü ilə dövlət hesabına həyata keçiriləcək”.

Qaynar.info