Artıq vəzifəsindən uzaqlaşdırılmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev sahibi olduğu deyilən Soho club satılıb.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, Əli Hənənovun nəvəsi tərəfindən satılmış klub artıq "TABOO LOUNGE & CLUB" adı altında yenidən fəaliyyətə bşlayıb. "TABOO LOUNGE & CLUB"un dünən təntələli açılış mərasimi də baş tutub.
Qeyd edək ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen” markalı avtomobil ötən ilin avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Hadisədən bir müddət sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq "Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olmasının tam təsdiq edildiyini bildirmişdi. Məhkəmənin hökmü ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.