Xəbər lenti

Əli Həsənovun kürəkəni Azərbaycandan getdi: ailəsindən küsüb
Ölkə08:52 31.05.2018

Əli Həsənovun kürəkəni Azərbaycandan getdi: ailəsindən küsüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazirin müavini Əli Həsənovun ötən ilin avqustunda Bakıda ağır yol qəzası törədən nəvəsi Nail Elman oğlu Allahverdiyevlə bağlı yeni faktlar üzə çıxıb.
Qaynarinfo demokrat.az-a istinadən xəbər verir ki, hazırda həbsdə olan Nail Allahverdiyevin atası, iş adamı, Əli Həsənovun kürəkəni Elman Allahverdiyev Azərbaycandan gedib.
Hazırda Almaniyada yaşayan Elman Allahverdiyevin ailəsindən küsili qaldığı iddia olunur. Onun 2017-ci il avqustun 3-də paytaxtın Nərimanov rayonu ərazisində oğlu Nail Allahverdiyevə məxsus "Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən az sonra Azərbaycanı tərk etdiyi deyilir.
Qeyd edək ki, hazırda Abşeron rayonunun Novxanı qəsəbəsində Elman Allahverdiyevə məxsus olan bir neçə biznes obyekti də işini dayandırıb.