Xəbər lenti

Əli Həsənovun nəvəsinin maşınında yanan sürücünün görüntüləri yayıldı (FOTOLAR)
Ölkə05:37 04.08.2017

Əli Həsənovun nəvəsinin maşınında yanan sürücünün görüntüləri yayıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yandığını xəbər vermişdik.

"Qaynarinfo" Yenicag.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə zamanı dünyasını dəyişənlərdən biri də, Əliyev Mehdi Ramil oğludur. 1986-cı il təvəllüdlü Mehdiyevin Nail Allahverdiyevin sürücüsü olduğu bildirilir. Hadisənin baş verdiyi anda maşını da Mehdi idarə edirmiş. Onun cəsədi tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

Qaynarinfo.Az