
Sabiq səhiyyə naziri Əli İnsanov əfv ərizəsi yazıb.
Bizimxeber.az-a daxil olan məlumata görə, Fərhad Əliyevin ardınca eks-səhiyyə naziri Əli İnsanov da əfv əzirəsi yazıb. Məlumatda qeyd olunur ki, ərizə bir neçə dəqiqə əvvəl Əli İnsanovun vəkili vasitəsi ilə aidiyyatı qurumlara göndərilib.
****
Əli İnsanov əfv olunması üçün əfv ərizəsi yazmayıb.
AzVision.az-a bu barədə keçmiş səhiyyə nazirinin vəkili Toğrul Babayev məlumat verib. O, bildirib ki, Ə.İnsanov ərizə yazmayıb: “Əli İnsanov əfv üçün ərizə yazmayıb, yazmayacaq da”, - deyə T.Babayev qeyd edib.
Qaynar.info