Xəbər lenti

Əli İnsanov Kürdəxanıya köçürüldü
Ölkə08:44 13.01.2014

Əli İnsanov Kürdəxanıya köçürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb


Bu barədə məlumatı AzNews.az-a Ə.İnsanovun vəkili Toğrul Babayev verib.

Vəkil bildirib ki, yanvarın 11-də köçürülüb: “Bu gün təcridxanada Əli İnsanovla görüşəcəyəm. Saxlanma şəraiti ilə maraqlanacağam”.

Qeyd edək ki, Ə.İnsanovun yerinin dəyişdirilməsinə səbəb Ali Məhkəmənin Plenumunun onun barəsində çıxardığı qərardır. Belə ki, Plenumun qərarına əsasən Əli İnsanovun işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Buna görə də yanvarın 17-də başlayacaq məhkəmə prosesinə hazırlıq və prosesin gedişi boyunca Əli İnsanov istintaq təcridxanasında saxlanacaq.


Qaynar.info