Xəbər lenti

Əli İnsanov yenidən məhkəmə qarşısına çıxacaq
Ölkə15:15 15.01.2018

Əli İnsanov yenidən məhkəmə qarşısına çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Fərhad Kərimovun sədrliyi ilə Ali Məhkəmə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxacaq.
 Xatırladaq ki, 2017-ci ilin aprel ayının 27-də Qaradağ Rayon Məhkəməsində Əli İnsanov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Keçmiş nazir psixotrop və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində müqəssir hesab edilmişdi.
Məhkəmənin qərarı ilə Ə.İnsanov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. (Virtualaz.org)