Xəbər lenti

Əli İnsanovu şüşə qəfəsə saldılar - ŞOK
Ölkə09:42 31.01.2014

Əli İnsanovu şüşə qəfəsə saldılar - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabiq səhiyyə naziri Əli İnsanovun bu gün Apelyasiya məhkəməsində baş tutan məhkəməsi analoqu olmayan bir şəraitdə keçirilib.

Müxbirimiz E. Məmmədəliyev musavat.com-a deyib ki, Əli İnsanov üçün xüsusi şüşə qəfəs düzəldiblər, onun içindən kənara səs getmir: "Məhkəmə fövqəladə təhlükəsizlik və məhdudlaşdırmalar şəraitində keçirildi. Belə ki, keçən dəfəkindən fərqli olaraq, jurnalistlərin əlindən foto-video və diktafonlar girişdə alındı. Bu cihazları yığanlarsa mülki geyimli adamalar idilər. Biz dəqiqləşdirə bilmədik ki, onalar hansı xidmətə mənsubdurlar. Əli İnsanovu isə xüsusi düzəldilmiş şüşə qəfəsə salmışdılar. Onun səsini ancaq bir halda eşitmək olurdu. Hakim Sənan Hacıyev əlində olan xüsusi pultu basanda Əli İnsanov ətrafı eşidə bilir, həm də onun danışıqları ətrafdakılar tərəfindən eşidilirdi. Lakin düymə basılmayanda Əli İnsanov nə qədər hündürdən danışsa da, ətrafda duyulmurdu. O da ətrafı, xüsusi ilə də vəkillərini eşidə bilmirdi. Bu vəziyyət vəkillər tərəfindən etirazla qarşılandı,lakin hakim etiraza məhəl qoymadı. Əli İnsanov və onun vəkilləri başladılar əl-qol hərəkətləri və mimikalarala təmas qurmağa. Bu da nəticədə Əli İnsanovu qəzəbləndirdi. lakin qəzəblənmiş eks-nazirin nə dediyi yenə də eşidilmədi. Vəkillər bu dəfə onunla kağıza mətn yazaraq, şüşə arxasından oxumasını istədilər. Bu da uğurlu alınmadı". (musavat.com)