Xəbər lenti

Əli İnsanovun da partiyası qeydiyyata alındı (FOTO)
Ölkə17:32 21.10.2021

Əli İnsanovun da partiyası qeydiyyata alındı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə onun özü sosial media hesabında məlumat yayıb.
O qeyd edib ki, 21 oktyabr tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə partiya rəsmisinə təqdim edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Yüksəliş Partiyası (AYP) da dövlət qeydiyyatına alınıb.