Xəbər lenti

Əli İnsanovun işi ilə bağlı yeni XƏBƏR
Ölkə06:59 12.09.2013

Əli İnsanovun işi ilə bağlı yeni XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Sentyabrın 14-də Əli İnsanov barədə Avropa Məhkəməsinin çıxardığı qərarın icrası üçün verilən müddət başa çatır. 

Qərar iyunun 14-də qüvvəyə minib və icrası üçün verilən 3 ay müddət tamam olur. Buna görə də Ali Məhkəmə Avropa Məhkəməsinin qaydalarına əsasən 3 ay müddətində Plenumunu çağıraraq, Əli İnsanov barəsində çıxarılan bütün məhkəmə hökm və qərarlarını ləğv etməlidir. Buna görə də biz qarşıdakı 2 günü gözləyirik”.

Bunu AzNews.az-a Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.

T.Babayevin sözlərinə görə, ötən bu müddət ərzində Ali Məhkəmə sözügedən qərarın icrası istiqamətində heç bir fəaliyyət göstərmədiyindən sədr Ramiz Rzayev məhkəməyə verilib. Ərizə 5 saylı İnzibati İqtisad Məhkəməsinə təqdim edilib: “İndiyə qədər Avropa Məhkəməsinin bütün qərarları icra olunub. Bu qərarların icrası üçün ölkə öhdəlik götürüb və hesabat verir. Qərarların icrasına ciddi nəzarət edilir. Buna görə də biz qarşıdakı 2 günü gözləyirik”.

Ə.İnsanovun seçkiyə qədər azad edilib-edilməcəyinə gəlincə, vəkil konkret zamanla bağlı bu barədə proqnoz vermək istəməyib.

Qaynar.info