Xəbər lenti

Əli Kərimlinin evinə oğru girib
Ölkə07:56 10.08.2013

Əli Kərimlinin evinə oğru girib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naməlum şəxslər  AXCP sədri Əli Kərimlinin evinə girib.

Bu barədə Qaynar.info Azadliq.indo-ya istinadən xəbər verir.

Hadisə avqustun 9-da baş verib. Kərimli ailəsilə birlikdə müəyyən müddətə evdən kənarda olub. Bu zaman kimsə və ya kimlərsə mənzilin qapısını xüsusi üsullarla açaraq içəri girib. Mənzildən heç nə oğurlanmayıb. Bu isə çağırılmamış qonaqların nəsə başqa məqsədinin olduğunu göstərir.

Əli Kərimli “azadliq.info”ya bildirib ki, bir neçə gün qabaq da eyni hal baş verib. Yenə AXCP sədri ailəsilə birlikdə evdə olmadığı vaxt kimsə və ya kimlərsə mənzilə daxil olub.

“Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük. Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Çağırılmamış qonaqların evdə olmadığımız zaman mənzilimdə nə etdiklərini bilmirəm”, - deyə Əli Kərimli bildirib.

Qaynar.info