Xəbər lenti

Əli Kərimlinin köməkçisinə qarşı FETÖ işi ilə bağlı ittiham irəli sürüldü - YENİLƏNİB
Ölkə13:49 20.08.2016

Əli Kərimlinin köməkçisinə qarşı FETÖ işi ilə bağlı ittiham irəli sürüldü - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə şahid qismində dindirilir.
APA-nın əldə etdiyi məlumata görə, F. Əmirov həmin cinayət işinin araşdırıldığı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Hazırda onun ifadəsi alınır.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yayıb. 
* * *
Faiq Əmirli şübhəli şəxs qismindә 48 saatlıq saxlanılıb. O Nәrimanovdakı müvəqqəti saxlanma tәcridxanasına aparılıb. Bu barәdә vәkil Aqil layıcov mәlumat verib.(musavat.com)
* * *
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı ittiham irəli sürülüb. Bu barədə “Report”a onun vəkili Aqil Layicov məlumat verib.
Vəkilin sözlərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi üzrə ittiham irəli sürülüb. Vəkil bildirib ki, F.Əmirli bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib: “Daha sonra o, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsinə köçürülüb”.
Qaynarinfo.Az