Xəbər lenti

Əli Kərimlinin oğluna 25 sutka həbs verdilər -YENİLƏNDİ
Ölkə12:05 23.09.2013

Əli Kərimlinin oğluna 25 sutka həbs verdilər -YENİLƏNDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əli Kərmimlinin oğlu Türkel Kərimliyə Məhkəmə tərəfindən 25 sutka həbs cəzası verilib.

Qaynar.info-nun evrdiyi xəbərə görə, bu barədə bloqçu Mehman Hüseynov özünün facebook sosial şəbəkəsindəki statusunda məlumat yayıb.

****

"Hələ gözləyirik. Bir neçə saat əvvəl bizə demişdilər ki, 1 saata məhkəmə prosesi başlayacaq. Amma deyilən vaxtdan xeyli keçib".

Bu barədə Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyev məlumat verib. O bildirib ki, gənc fəallar Nəsimi Rayon məhkəməsinin qarşısında toplaşıblar. A.Quliyev məhkəməyə neçə nəfərin gətirilməsi ilə bağlı məlumatsız olduğunu deyib: "Bizə heç bir məlumat verməyiblər. Hələ gözləyirik. Görək, necə olacaq".

***

Saxlanılan AXCP sədrinin oğlu Türkel KərimliNəsimi Rayon Məhkəməsinə aparılıb.

***

AXCP sədri Əli Kərimlinin oğlu saxlanılıb.

Bu barədə məlumat Musavat.com-a hüquq-mühafizə orqanlarından verilib. Məlumata görə, hazırda Türkel Kərimli Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsindədir. Bir qədər əvvəl onun əl izlərinin götürülüb.

Məlumat bir neçə saat əvvəl daxil olsa da, AXCP sədrinin köməkçisi Faiq Əmirov onu təsdiqləmədi. Biz də təsdiqlənməmiş məlumatı yaymadıq. Amma bir qədər əvvəl Azadliq.info saytı Türkel Kərimlinin saxlanıldığını təsdiqləyən xəbər yayıb. 

Xəbərdə deyilir ki, Əli Kərimlinin oğlu dünən Milli Şuranın mitinqindən sonra saxlanılıb. Türkel Kərimli mitinqdən sonra iki dostu ilə birlikdə şəhərə gəzməyə çıxıb. Pols onu və dostlarını saxlayıb. Onları Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. Onlara qarşı seçki ilə bağlı plakatları cırmaq kimi uydurma ittiham irəli sürüblər.

Türkel Kərimli və dostları gecəni 22-ci polis bölməsində keçiriblər. Saxlanılanların yaxınlarına indiyə qədər də hər hansı izahat verilmir. Onların vəziyyəti ətrafında qeyri-müəyyənlik qalır.

Məsələ ilə bağlı polisdən rəsmi mövqe almağa çalışırıq.(musavat.com)