
Sentyabrın 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşərək xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan informasiya rəsmən təkzib olunub.
Qaynar.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yaydığı yazılı açıqlamada, sentyabrın 11-də baş vermiş yüngül qəza zamanı Ə.Nağıyev ümumiyyətlə həmin avtomobildə olmadığını, onun sürücüsünun isə hadisə nəticəsində heç bir xəsarət almadığını bildirib.
Qaynar.info