Xəbər lenti

ELÇİBƏYİN AİLƏSİ BƏYANAT VERDİ
Ölkə12:49 22.02.2013

ELÇİBƏYİN AİLƏSİ BƏYANAT VERDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əbülfəz Elçibəyin ailəsi bəyanat verib. Bəyanatı eks-prezidenti kürəkəni Aqil Səmədbəyli özünün Facebook səhifəsində yayıb.

Bəyanatda deyilir: "Çox təəssüflə bildiririk ki, hələ Əbülfəz Elçibəy Ankarada xəstə yatağında ikən onun adından sui-istifadə halı başlayıb və indi də davam etməkdədir. Ən son Hürrü Əliyev bele bir ləyaqətsiz addım atmaqla nə yazıq ki, Elçibəyin müqeddes ruhunu incidib. Elçibəyin adı ilə bağlı olan hər kəs - istər ailə üzvləri, istər qohum-əqrəbası, istərsə də onun ideyasının daşıyıcıları hər şəydən əvvəl bu adın müqəddəsliyinə xələl gətirməməlidir.Onsuz da xarici və daxildəki uzantı düşmənlər milli dəyərlərimizə zaman-zaman hücum təşkil etməklə, milləti söykənəcəkləri dayaqlardan məhrum etmək istəyirlər. Elçibəyin adından şəxsi və cılız nəfslərini təmin etmək istəyi ilə hərəkət edənləri şiddətlə qınayır,bu cür davranışların heç bir əxlaqa,ləyaqətə sığmadığını bildiririk. Eyni qaydada, Elçibəyin qohumlarının maddi imkansızlığından yararlanaraq onları siyasi məqsədlər üçün alət etmənin də ləyaqətsiz davranış olduğu qənaətindəyik" (Musavat.com).

Qaynar.info