Xəbər lenti

Əlibəyli kəndində ermənilərlə atışmadan VİDEO
Ölkə08:17 28.06.2014

Əlibəyli kəndində ermənilərlə atışmadan VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənilər ötən gecə Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutublar. 

Axar.az xəbər verir ki, ermənilərin atəşkəsi pozması nəticəsində kənd sakinlərindən xəsarət alan olmayıb. Ermənilər əsasən yaşayış məntəqələrinə, işıq gələn və hərəkətdə olan obyektlərə atəş açıblar. Kənd sakinləri erməni güllələrindən yayına biliblər. Azərbaycan Ordusu ermənilərə cavab atəşi verib. 

Ötən gecə ermənilərin Tovuzun Əlibəyli kəndini atəşə tutması ilə bağlı Axar.az xəbər verib. Bu gün isə Müdafiə Nazirliyi rəsmi olaraq xəbər yayıb. Yayılan məlumatda ermənilərin Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutduqları bildirilib.