Xəbər lenti

Əlikram Hümbətovun bacısı oğlu öldü
Ölkə14:00 04.05.2015

Əlikram Hümbətovun bacısı oğlu öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəranda baş verən ağır yol-nəqliyyat qəzasında özünü separatçı “Talış-Muğan Respublikası”nın "rəhbər"i elan etmiş Əlikram Hümbətovun bacısı oğlu ölüb. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə mayın 3-də Ələt-Astara magistralının Lənkəranın Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, Lənkəran sakini Zamiq Mehman oğlu Səfərovun idarə etdiyi “MİTSUBİSHİ" markalı minik avtomobili ilə eyni istiqamətdə hərəkət edən Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Raqib Ramiz oğlu Səfərovun velosipedi ilə toqquşub. 

Raqib Səfərov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. 

Hadisə ilə bağlı araşdırmalar aparılır. 

Qaynar.info