
Facebook sosial şəbəkəsində dünən Bakıda keçirilən birinci Avropa Oyunlarının bağlanış mərasimi zamanı baş verən bir maraqlı hadisənin şəkli paylaşılıb.
Qol.Az-ın xəbərinə görə, Azərbaycanın dövlət himni səslənən zaman yerimək məhdudiyyəti olan vətəndaşlarımızdan biri məhəccərdən tutaraq arabasından qalxıb.
O, arabaya söykənərək himn bitənə qədər ayaq üstə durub.
Onun bu addımı sosial şəbəkədə böyük rəğbət yaradıb.
Qaynar.info

