Xəbər lenti

Əlillərə ev verildi
Ölkə11:03 25.09.2013

Əlillərə ev verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Xaçmaz rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binasının açılışı mərasimi keçirilib.

APA-nın verdiyi məlumata görə, 4 mərtəbəli yaşayış binası 36 mənzildən ibarətdir. İki otaqlı mənzillər müasir istilik sistemləri və məişət avadanlıqları ilə təmin edilib.

Mərasimdə Qarabağ müharibəsi əlili və şəhid ailələrinə 11 ədəd “NAZ-Lifan” markalı avtomobil də təqdim edilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Xaçmaz RİH-nin başçısı Şəmsəddin Xanbabayev də iştirak edib.

Ümumilikdə Xaçmaz rayonunda 193 nəfər Qarabağ müharibəsi əlili, 224 nəfər isə şəhid ailəsi var. İndiyədək onların 71-i evlə, 33-ü isə avtomobillə təmin edilib.

Qaynar.info