Xəbər lenti

Əliməmməd Nuriyev: "Əfv olacağına ümid etmirəm"
Ölkə15:18 15.08.2017

Əliməmməd Nuriyev: "Əfv olacağına ümid etmirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son əfv sərəncamı bu ilin martında olub, 424 nəfər əfv olunub. Əfv sərəncamından bizi qısa müddət ayırır və bu səbəbdən yaxın günlərdə əfv olacağını güman etmirəm.

"Qaynarinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əfv Komissiyasının iclasının olacağı ilə bağlı son həftələrdə komissiya üzvlərinə məlumat daxil olmayıb.

“Əfv Komissiyasına müraciətlər daxil olur, komissiya müraciətləri öyrənir, hazırlayıb komissiyanın iclasına təqdim edir. Komissiyanın iclası Əfv komissiyanın sədri Ramiz Mehdiyev tərəfindən çağırılır. Bu əlamətlərə görə yaxın zamanda əfv olacağını real saymıram”, o qeyd edib.

Komissiya üzvü eyni zamanda deyib ki, “əfv cənab prezidentin konstitusion səlahiyyətlərinə daxildir və kimlərin əfv ediləcəyini, nə vaxt sərəncam imzalayacağını o müəyyən edir”.

Xatırladaq ki, son günlər yerli mediada Qurban bayramı (sentyabrın 1 və 2-si) qabağı əfv olacağı ilə bağlı xəbərlər yayılmaqdadır.

Qaynarinfo.Az