Bu gün "Elit" Ticarət Mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın göndərilib.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətindən Trend-ə bildiriblər ki, yanğınla bağlı yüksək çağırış elan olunmayıb. Artıq yanğın söndürülüb.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, yanğın zamanı hər hansı xəsarətin olması barədə məlumat daxil olmayıb (Trend )
Qaynar.info